Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib

 Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib
# 12 noyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib.

Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR