Rövnəq Abdullayev Kaxa Kaladze ilə Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemləri müzakirə edib

Rövnəq Abdullayev Kaxa Kaladze ilə Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemləri müzakirə edib
# 04 fevral 2016 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR