Cəlilabadda torpaq uçqunu altında qalan fəhlə xilas edilib

Cəlilabadda torpaq uçqunu altında qalan fəhlə xilas edilib
# 22 may 2016 11:01 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə, Cəlilabad rayonu, Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş verməsi və nəticədə 1 nəfər fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq xilas edilib və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Əməliyyat saat 09:28-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR