Xaçmazda 13 yaşlı qız və 78 yaşlı kişi intihar edib

Xaçmazda 13 yaşlı qız və 78 yaşlı kişi intihar edib
# 17 may 2016 12:17 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda intihar faktları qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Hacılar kənd sakini, 2003-cü il təvəllüdlü Əliyeva Südabə Dilavar qızı yaşadığı evdə intihar edib.

Yeni Həyat kənd sakini, 1938-ci il təvəllüdlü Şəfiyev Şəfi Müseyib oğlunun da evində intihar etdiyi bildirilir.

Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morqunda müayinə olunandan sonra ailələrinə təhvil verilib.


Hər iki faktla bağla Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR