Goranboy və Tərtərin qaz təchizatı məhdudlaşdırılır

Goranboy və Tərtərin qaz təchizatı məhdudlaşdırılır
# 21 aprel 2016 15:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bundan başqa, aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR