Bakı - APA. Azərbaycan dövlət başçısı İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".
Azərbaycan prezidenti əfqanıstanlı həmkarına təbrik məktubu göndərib
18 avqust 2016 16:04 (UTC +04:00)
Xarici siyasət
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB
18:38
10 may 2024
Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi qeyd edilib
15:58
10 may 2024
Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib
15:39
10 may 2024
Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
15:37
10 may 2024