Türkiyə İŞİD-in mövqelərinə yeni zərbələr endirib

Türkiyə İŞİD-in mövqelərinə yeni zərbələr endirib
# 14 may 2016 11:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyə Silahlı Qüvvələri və koalisiya qüvvələri İŞİD hədəflərinə növbəti zərbələr endirib.

APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, Suriyanın Dudiyan, Cakka, Cariz, Baragidah, Kafrah, Qara Körpü və Yahmul bölgələrinə endirilən zərbələr nəticəsində 45 terrorçu zərərsizləşdirilib, İŞİD-in 5 müdafiə mövqeyi və 1 haubitsa silahı məhv edilib.

Müxalif qüvvələrin əməliyyatı nəticəsində isə İŞİD-in Yahmul və Cariz bölgələrinə nəzarəti itirdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR