Donbasda Pasxa bayramı ilə əlaqədar atəşkəs rejimi qüvvəyə minib

Donbasda Pasxa bayramı ilə əlaqədar atəşkəs rejimi qüvvəyə minib
# 30 aprel 2016 01:25 (UTC +04:00)

Bakı-APA. Pasxa bayramı ilə əlaqədar Ukraynanın cənub-şərqində aprelin 30-u, saat 00:00-dan atəşkəs rejimi qüvvəyə minib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna üzrə Təmas qrupunun bəyanatında bildirilir.

“Müşahidəçilər Donbasda atəşkəs rejiminə riayət edilməsini izləyəcək. Atəşkəs rejiminin pozulması halları baş verdikdə Təmas qrupu təcili məsləhətləşmələr keçirəcək”, bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR