Liviyada törədilən terror aktı nəticəsində 18 hərbçi ölüb

Liviyada törədilən terror aktı nəticəsində 18 hərbçi ölüb
# 18 may 2016 22:59 (UTC +04:00)

Bakı-APA. Liviyada törədilən terror aktı nəticəsində 18 hərbçi ölüb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, insident Sirt şəhəri yaxınlığında qeydə alınıb.

Terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb.

Hadisə zamanı Liviyada yeni qurulan Milli Barışıq Hökumətinə sadiq hərbçilərin həlak olduğu bildirilir. Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR