Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçisi təyin olunub

Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçisi təyin olunub
# 27 may 2016 11:03 (UTC +04:00)

Bakı – APA. Joze Mourinyo rəsmən "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”la 3 illik müqavilə imzalayıb. O, bu postda hollandiyalı çalışdırıcı Lui van Qalı əvəzləyib.

Qeyd edək ki, məşqçilik fəaliyyəti ərzində "Porto", "İnter" və "Madrid "Real"ı kimi klubları çalışdırmış Mourinyonun əvvəlki iş yeri "Çelsi" olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR