Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
# 15 may 2016 06:58 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR