İstanbulda Polis Mərkəzi yaxınlığında motosiklet partladılıb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2

İstanbulda Polis Mərkəzi yaxınlığında motosiklet partladılıb, 10 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2
# 06 oktyabr 2016 16:25 (UTC +04:00)

Bakı - APA. İstanbulda Polis Mərkəzi qarşısında motosikletə yerləşdirilmiş bombanın partladılması nəticəsində 10 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi Vasip Şahin açıqlama verib.

Vali bildirib ki, yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur.

***

saat 17.36

Bakı - APA. İstanbulda Polis Mərkəzi qarşısında avtomobil deyil, motosiklet partladılıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib. Vali partlayış nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.

***

saat 17.18

Bakı - APA. İstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terror aktında 5 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı xəstəxanalara çatdırlıb.

Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.

Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.

Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.

***

saat 17.18

Bakı - APA. İstanbulda partlayış törədilib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobil partladılıb.

Partlayışda çoxlu sayda insan yaralanıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb.

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.

İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR