Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb
# 15 avqust 2016 08:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gündən ali təhsil müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayıb. APA-nın xəbərinə görə, tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR