Avtovağzallara pasportun verilməsinə görə dövlət rüsumu alınacaq

Avtovağzallara pasportun verilməsinə görə dövlət rüsumu alınacaq
# 21 aprel 2016 13:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

"APA-Economics" xəbər verir ki, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi ilə bağlı 2.0.10-1-ci maddə əlavə edilib. Dəyişikliyə əsasən, Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Bundan başqa, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri ilə bağlı 25-1-ci maddə əlavə edilib. Başqa sözlə, avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR