Ermənistan XİN binasının qarşısında etirazçılar və polis arasında toqquşma olub

Ermənistan XİN binasının qarşısında etirazçılar və polis arasında toqquşma olub
# 22 aprel 2016 00:28 (UTC +04:00)

Bakı-APA. Aprelin 21-də axşam saatlarında İrəvanda Rusiya XİN rəhbəri Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib. APA-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, Ermənistanın mərkəzi küçələrinin birində başlayan yürüş XİN binasınadək davam edib. XİN binasının qarşısında yürüş iştirakçıları və polis qüvvələri arasında qarşıdurma baş verib.

Aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hərbi əməliyyatlar zamanı ölən erməni hərbçilərinin portretlərini əllərində tutan aksiya iştirakçıları “Azad Ermənistan” şüarı səsləndiriblər.

Müxalifət liderlərindən biri olan Stepan Safaryan Rusiyadan Dağlıq Qarabağdakı erməni separatçı rejimini tanımağı tələb edib: “Lavrovun mətbuat katibi XİN rəhbərinin Ermənistana əliboş gəlmədiyini bildirib. Biz Lavrovun cibində nə gətirdiyini bilmək istəyirik”, - deyə Safaryan bildirib.

Etirazçılar və polis arasında toqquşma baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR