"Tufandağ" turizm istirahət kompleksində yay mövsümü açılıb

"Tufandağ" turizm istirahət kompleksində yay mövsümü açılıb
# 27 may 2016 16:23 (UTC +04:00)

Bakı - APA-Economics. Qəbələ rayonundakı “Tufandağ” qış-yay turizm istirahət kompleksində yay mövsümünün açılışı olub.

APA-Economics” xəbər verir ki, qışda olduğu kimi yayda da burada təbiətin göz oxşayan gözəlliyi, bu gözəlliyə açılan kanat gəzintisi və kanat xətlərinin başlanğıcında yerləşən cəlbedici restoranlar (Duruca, Qebele, Chalet Steak House), “Tufandağ” oteli (gözəl mənzərə, geniş, lüks otaqlar) və “Tufandağ” otelinin gözəl mənzərələrə açılan terraslı restoranları (“Fast Food”, “Panorama”, “Elit”) hər büdcəyə uyğundur.

Bundan başqa, kompleksdə istirahət edənlər burada hər həftə sonu canlı musiqi ilə müşayiət olunan şam yeməkləri, “Tufandağ” otelinin qonaqlarının kanat xəttinə, regionda ən böyük SPA mərkəzinə pulsuz giriş, çoxçeşidli səhər yeməkləri (təndir, təzə çörək, təbii kənd məhsulları, motal pendiri, nehrə yağı, qutab, dağ balı və s.), “Tufandağ” otelinin dağ mənzərəli terraslarında, həmçinin Azərbaycanın ən professional nargiləçisi tərəfindən hazırlanan nargilə çeşidlərindən və ekzotik masaj növlərindən zövq alacaqları SPA-dan istifadə edə bilərlər.

“Tufandağ” qış-yay turizm istirahət kompleksindən və ya “Tufandağ” otelinin qeydiyyat şöbəsinin əməkdaşlarından Qəbələdəki qrup və individual turlar haqqında məlumat əldə edə bilərlər. Turlara sərab turları, atla gəzintilər, atçılıq turları, dağa dırmanma, velosiped və s. daxildir.

28 may uzun həftə sonunda olunacaq xüsusi tədbir: Duruca kafenin terrasında “Barbecue Festival” (live kabab stations, waffle station, şəkər pambığı, dondurma, live qutab cooking, samovar çayı və sair).

“Tufandağ” otelinin restoranlarında qonaqlar 28-29 may tarixlərində canlı musiqi müşayiəti ilə şam yeməyindən zövq ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR