Novak: "TAP reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var"

Novak: "TAP reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var"
# 27 may 2016 16:12 (UTC +04:00)

Bakı - APA-Economics. "TAP layihəsi Cənubi Avropaya nəql olunan Rusiya qazı ilə rəqabət apara bilməz". "APA-Economics" "Rossiyskaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"TAP-la Avropaya nəql olunacaq qazın həcmi o qədər böyük deyil. Hazırda söhbət 10 milyard kubmetr qazdan gedir, özü də bu həcm Avropaya 2019-cu ildə çatacaq. Buna görə, avropalı istehlakçılara daha böyük həcmdə qaz lazımdır", - deyə nazir qeyd edib.

A. Novak qeyd edib ki, TAP layihəsi reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR