Şəmkirdə yaşayış evi yanıb

Şəmkirdə yaşayış evi yanıb
# 01 mart 2016 12:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkirdə yaşayış evində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərindəvətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 3 otaq və aynabənddən ibarət evin 2 otağı və aynabəndin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR