İspaniya parlamenti Mariano Rahoyu yenidən baş nazir vəzifəsinə təsdiq etməyib

İspaniya parlamenti Mariano Rahoyu yenidən baş nazir vəzifəsinə təsdiq etməyib
# 02 sentyabr 2016 21:51 (UTC +04:00)

Bakı-APA. İspaniya parlamentinin aşağı palatası Xalq partiyasının lideri, baş nazirin səlahiyyətlərini icra edən Mariano Rahoyu nazirlər kabinetinin rəhbəri vəzifəsinə yenidən təsdiq etməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermənin ikinci turunda M.Rahoyun lehinə 170, əleyhinə isə 180 deputat səs verib.

Qeyd edək ki, avqustun 31-də baş tutan səsvermədə eyni nəticə əldə edilmişdi. Bununla əlaqədar İspaniyada parlamentin hər iki palatası buraxılaraq yeni seçkilər təyin edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR