Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib

Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib
# 03 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 3-də Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbin binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Layihənin icrasına 3,1 milyon manat vəsait xərclənib. Burada 14 sinif otağı, zal, bufet, rəqs otağı, kitabxana, heykəltəraşlıq emalatxanası və s. var.

Prezident məktəbin xor kollektivinin ifasını dinləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR