Nazir müavini: “Ölkədə internetin istifadə səviyyəsi yüksəkdir”

Nazir müavini: “Ölkədə internetin istifadə səviyyəsi yüksəkdir”
# 17 may 2016 16:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı şəhərində, eyni zamanda bölgələrdə fiberoptik kabellərin qurulması və onların şəbəkəsini genişlənməsi üzərində layihələr həyata keçirilir.

APA-Economics” xəbər verir ki, bunu rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir əlavə edib ki, ölkədə internetin istifadə səviyyəsi yüksəkdir. Buna baxmayaraq internet xidmətlərinin keyfiyyətinin artırılması, daha çeşidli xidmətlərin göstərilməsi üçün işlər görülməkdədir, o cümlədən infrastruktur layihələri həyata keçirilməsi, yəni mövcud şəbəkənin modernləşdirilməsi üzərində işlər gedir: “Burada həm Bakı Telefon İstehsalat Birliyi, eyni zamanda “Aztelekom” İB layihələri həyata keçirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR