AŞPA məruzəçiləri: “Müharibə cinayətləri barədə iddialar Minsk qrupu çərçivəsində araşdırılmalıdır”

AŞPA məruzəçiləri: “Müharibə cinayətləri barədə iddialar Minsk qrupu çərçivəsində araşdırılmalıdır”
# 24 may 2016 08:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Biz zorakılıq iddiaları və son toqquşmalar zamanı mümkün müharibə cinayətləri barədə məlumatlandırılmışıq. Bu hesabatlar Minsk qrupu çərçivəsində tam, müstəqil şəkildə araşdırılmalıdır və sübuta yetirildiyi təqdirdə, buna məsul olanlar milli, beynəlxalq humanitar hüquqa görə cavab verməli və mühakimə edilməlidirlər. Əgər araşdırma aparılmasa, bu hesabatlar münaqişə tərəfləri arasında inamsızlıq və gərginlik mənbəyi olaraq qalacaq”.

APA-nın xəbərinə görə, bu barədə AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri, Böyük Britaniyadan olan Alan Meale və İtaliyadan olan Guiseppe Galatinin bu ölkəyə səfərlərinin yekunları ilə bağlı yaydıqları açıqlamada deyilir.

Həmməruzəçilər atəşkəs rejiiminin gücləndirilməsi üçün mühüm olan insidentlərin araşdırılması mexanizmi ilə bağlı prezidentlərin razılığını alqışlayıblar. Açıqlamada bildirilir ki, həmməruzəçilər Ermənistanda hələ də ciddi problem olaraq qalan korrupsiyaya qarşı mübarizə barədə danışıqlar aparıblar.

Həmməruzəçilər Monitorinq komitəsinin iyunda keçiriləcək iclasında səfərlə bağlı hesabatla çıxış edəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR