Pakistanda terroçu-kamikadze məscidə hücum edib, 16 nəfər ölüb

Pakistanda terroçu-kamikadze məscidə hücum edib, 16 nəfər ölüb
# 16 sentyabr 2016 14:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Pakistanda terrorçu-kamikadze məscidə hücum edib.

APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, hadisə Əfqanıstanla sərhədyanı zonada baş verib.

Terrorçu hücumu cümə namazı zamanı, insanların çox olduğu vaxt həyata keçirib. O üzərində olan partlayıcı qurğunu işə salıb, nəticədə 16 nəfər ölüb, 24 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR