Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib

Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib
# 19 may 2016 13:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətinin rəisi general-leytenant Arzu Rəhimov Lənkəran rayonunda Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, qəbulda 40-dək vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, şəhid statusunun alınması, övladlarının təkrar tibbi müayinəyə cəlb olunması, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR