Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada görüşə bilər - YENİLƏNİB

Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada görüşə bilər - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2016 11:06 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər”.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

“İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq”, - deyə agentlik qeyd edib.

Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.

APA-nın əldə etdiyi məlumata görə, görüşdə həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR