Azərbaycan MN: Ermənilərə məxsus “Zil-131” avtomobili minaya düşüb, ölən və yaralananlar var

Azərbaycan MN: Ermənilərə məxsus “Zil-131” avtomobili minaya düşüb, ölən və yaralananlar var
# 21 aprel 2016 15:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. "Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır".

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, əslində isə bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus “Zil-131” markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçi ölüb, xeyli sayda yaralanan var: "Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR