Elmira Süleymanova BMT-nin nümayəndəsini qəbul edib

Elmira Süleymanova BMT-nin nümayəndəsini qəbul edib
# 03 mart 2016 08:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Süleymanova bildirib ki, Ombudsman təsisatı BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları ilə əməkdaşlıq əlaqələrini qarşılıqlı anlaşma şəraitində davam etdirir.

Ombudsman 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini qonağın diqqətinə çatdırıb. V. Şkolnikov isə Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR