Cənub bölgəsində sürüşmə və uçqun sahələri aktivləşib

Cənub bölgəsində sürüşmə və uçqun sahələri aktivləşib
# 19 sentyabr 2016 11:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Sentyabrın əvvəllərində cənub bölgəsinə yağan yağışlar mövcud sürüşmə və uçqun sahələrində aktivləşməyə səbəb olub”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

O bildirib ki, Astara rayonunda, Lənkəran-Lerik yolunun 17-19-cu, 27-29-cu, 45-47-ci kilometrliklərində monitorinq işləri aparılıb: “Yağıntılar cənub bölgəsində uçqun prosesinin əmələ gəlməsinə, mövcud sürüşmə sahələrində aktivləşməyə və bəzi sahələrdə yarğanların genişlənməsinə səbəb olub”.

Partiya rəisi qeyd edib ki, cənub bölgəsində kiçik sahələrdə yeni sürüşmə sahələri əmələ gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR