Nazir Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək

Nazir Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edəcək
# 17 may 2016 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR