Türkiyədə 16 PKK-çı məhv edilib

Türkiyədə 16 PKK-çı məhv edilib
# 07 mart 2016 15:09 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Şırnak vilayətinin İdil rayonunda PKK-ya qarşı aparılan əməliyyat zamanı 16 terrorçu zərərsizləşdirilib.

APA-nın “Milliyyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat bu gün səhər saatlarında başlayıb. İlkin olaraq İdilin Turqut Özal məhəlləsində 13 PKK-çı öldürülüb. Dirsəkli və Kuyulu kəndləri arasındakı PKK-çılara isə havadan zərbə endirilib və 3 terrorçu məhv edilib.

Əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR