Tovuzda qadını maşın vurub

Tovuzda qadını maşın vurub
# 20 avqust 2016 20:50 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şəhriyar küçəsində baş verib.

Məlumata görə, Aşağı Öysüzlü kənd sakini 1961-ci il təvəllüdlü Şölə Rzayeva yolu keçmək istəyərkən avtomobillə vurulub.

Sürücü xəsarət alan qadını dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR