Yaponiya imperatoru, İsveçrə, Latviya və Misir rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər

Yaponiya imperatoru, İsveçrə, Latviya və Misir rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər
# 27 may 2016 14:25 (UTC +04:00)

Bakı – APA. İsveçrə Konfederasiyasının prezidenti Yohan Şnayder-Amman Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Y. Şnayder-Ammanın məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik. Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək. Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

İ. Əliyevi həmçinin Yaponiya imperatoru Akihito, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Latviya prezidenti Raymonds Veyonis təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR