Almaniya XİN: Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasından narahatdır

Almaniya XİN: Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasından narahatdır
# 06 may 2016 13:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasına işarə edən yeni əlamətlərin olmasından narahatdır.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.

O, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın hər iki tərəfi yeni gərginliyin baş verməməsi üçün bütün addımlar atmağa çağırdığını bildirib: “Berlin ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həlli istiqamətində işin davam etdirilməsi səylərini dəstəkləyir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR