Rusiyada məşhur idmançını qətlə yetirən şəxsin kimliyi məlum olub

Rusiyada məşhur idmançını qətlə yetirən şəxsin kimliyi məlum olub
# 06 iyul 2016 12:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada məşhur idmançı İvan Stanini qətlə yetirən şəxsin kimliyi məlum olub.

APA-nın “ntv.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhərin üzrə İstintaq İdarəsi idmançının ölümündə 29 yaşlı İslam Əliyevin şübhəli bilindiyini açıqlayıb. Həmin şəxs barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və o, 30 yaşlı Arsen Arakelyanla birlikdə federal axtarışa verilib.

Hadisə 2015-ci ilin martında baş verib. Onlar arasında düşən münaqişə nəticədə İ. Əliyev İ. Staninə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra o, İ. Staninin dostunu döyərək Arsen Arakelyanla birlikdə "İnfiniti" maşınında hadisə yerindən qaçıb.

Rusiyalı idmançı hadisə yerində ölüb, dostu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İ. Stanin qaydasız döyüş növü üzrə tanınmış idmançılardan sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR