İvanişvili separatçı Abxaziya ilə sərhəddə lüks otel tikir

İvanişvili separatçı Abxaziya ilə sərhəddə lüks otel tikir
# 11 iyun 2016 10:06 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili separatçı Abxaziya ilə sərhəddə lüks otel tikmək niyyətindədir.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, otel Qara dənizin sahilində, Qanmuxuri kurort rayonunun ərazisində yerləşəcək. Kurort İnquri çayının sağ sahilində, yəni Abxaziya tərəfində yerləşir.

İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, o, ölkə ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirəcək. Lakin sabiq baş nazir detallara varmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR