Moskvada qəbiristanlıqda kütləvi dava zamanı 3 nəfər ölüb, 23 nəfər yaralanıb

Moskvada qəbiristanlıqda kütləvi dava zamanı 3 nəfər ölüb, 23 nəfər yaralanıb
# 14 may 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Moskvada ötən gün “Xovanskaya” qəbiristanlığı ərazisində atışma ilə müşayiət olunan kütləvi dava zamanı 3 nəfər ölüb, 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətl faktı ilə bağlı cinayət işi başlanıb.

Məlumata görə, davada azı 200 nəfər iştirak edib, onlardan 90 nəfəri saxlanılıb.

Kütləvi davada bir neçə xalqların diaspor nümayəndələrinin iştirak etdiyi bildirilir. Dağıstanlı və çeçenlərdən ibarət bir qrup şəxsin qəbiristanlıqda çalışan Tacikistan və Özbəkistan vətəndaşlarında hücum etdiyi qeyd olunur.

Münaqişəyə səbəb hücum edənlərin qəbiristanlıq ərazisini nəzarətə almaq cəhdinin olduğu bildirilir. Mənbə burada göstərilən xidmətlərdən böyük gəlirlərin əldə olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR