Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhər sakini bıçaqlanıb
# 14 iyun 2016 23:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhərin Sadıllı qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Ufan Məhərrəmov döş qəfəsinin kəsilmiş-deşilmiş, qasıq nahiyəsinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

U. Məhərrəmovun hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR