Koreya xalq ordusu: Cənubi Koreya hərbi gəmilərinə xəbərdarlıqsız atəş açılacaq

Koreya xalq ordusu: Cənubi Koreya hərbi gəmilərinə xəbərdarlıqsız atəş açılacaq
# 28 may 2016 03:36 (UTC +04:00)

Bakı-APA. Koreya Xalq Demokratik Respublikasının ordusu Sarı dənizdə demarkasiya xəttində təxribatların törədildiyi halda Cənubi Koreyanın gəmilərinə xəbərdarlıqsız atəş açacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Koreya xalq ordusunun Baş qərargahından bildiriblər.

Məlumata əsasən, Cənubi Koreyaya məxsus hərbi gəmilər KXDR-ın ərazi sularına daxil olaraq ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus bərəni atəşə tutublar. “Bu, iki ölkə arasında vəziyyətin gərginləşməsinə yönələn qərəzli təxribatdır”, məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR