Tramp respublikaçıların maliyyə dəstəyindən imtina edə bilər

Tramp respublikaçıların maliyyə dəstəyindən imtina edə bilər
# 19 iyun 2016 08:41 (UTC +04:00)

Bakı-APA. Respublikaçıların 18-21 iyul tarixlərində keçiriləcək qurultayında ABŞ prezidenti postuna namizəd irəli sürülməsini təmin edən milyarder Donald Tramp partiyası ilə maliyyə əlaqələrini dayandırmağa və öz seçkiqabağı kampaniyasını müstəqil maliyyələşdirməyə hazır olduğunu bildirib.

APA-nı TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp Las-Veqasda çıxışı zamanı deyib ki, əgər partiyadaşları onu açıq tənqid etsələr və intriqa yolu ilə prezident seçkilərində iştirakdan məhrum etməyə çalışsalar, bu addımı ata bilər: “Bəzi uşaqlar var ki, böyük məğlubiyyətə uğrayıblar və qurultay nümayəndələri arasında qiyam təşkil etməyə çalışırlar. Mən Respublikaçılar Partiyasında maliyyə toplamaq üçün keçirilən tədbirlərdə iştirakımı dayandırmağa və partiyanın seçkiqabağı kampaniyaya dəstəyindən imtina etməyə hazıram. Əgər respublikaçılar mənə kömək etməsələr, sadəcə, mən özüm seçki kampaniyamı maliyyələşdirəcəm. Ancaq ümid edirəm ki, iş bu həddə çatmayacaq. Çünki respublikaçıların məndən başqa Ağ ev uğrunda mübarizə aparacaq layiqli namizədləri yoxdur. Onlar kimi seçmək niyyətindədirlər? Mən onlara qalib gəlmişəm. Nəinki qalib gəlmişəm, onları əzmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR