Rusiya XİN: Sergey Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq

Rusiya XİN: Sergey Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq
# 21 aprel 2016 12:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib. O, S. Lavrovun bu gün Yerevana yola düşəcəyini söyləyib: “Sabahdan rəsmi görüşlər başlayacaq. Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Bildiyiniz kimi, Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib”.

Rusiya XİN sözçüsü əmindir ki, münaqişə tərəfləri danışıqlar prosesini bərpa etməlidir: “Əldə olunan razılığa görə, münaqişə bölgəsində hərbi risklər azaldılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR