Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 11 may 2016 18:38 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vahidli kəndində qeydə alınıb.

Məlumata görə, elektrik cərəyanı kənd sakini 1980-cı il təvəllüdlü Vüqar Əhmədovu yaşadığı evdə ehtiyatsızlıq səbəbindən vuraraq öldürüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR