Millət vəkili Azərbaycanda maliyyə amnistiyasının elan olunmasını təklif edib

Millət vəkili Azərbaycanda maliyyə amnistiyasının elan olunmasını təklif edib
# 04 mart 2016 10:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır".

"APA-Economics" xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəazil Ağamalı çıxış edib.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var: "Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər".

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə F. Ağamalının təklifinə bu cür reaksiya verib: "Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, maliyyə amnistiyası elan olunsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR