Rauf Nağıyev: “Əhali tərəfindən təcili yardım həkimlərinə hətta fiziki təzyiq göstərilir”

Rauf Nağıyev: “Əhali tərəfindən təcili yardım həkimlərinə hətta fiziki təzyiq göstərilir”
# 21 aprel 2016 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı APA. "Bəzən əhali tərəfindən təcili yardım həkimlərinə təzyiqlər olur”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Rauf Nağıyev deyib. O bildirib ki, orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşma yaradır və təcili yardıma gecikmiş halda müraciət olunur: “Əhalinin icbari tibbi müayinələrinin aparılmasına baxmayaraq, insanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Bu da bəzən xəstəni ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy oyadır.

Yaxşı olar ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət etsinlər, orqanizmdə gedən gizli proseslər vaxtında aşkar edilsin, vəziyyətin yüngülləşməsi müşahidə olunsun. Təcili yardımın da əsas iş prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir".

Baş həkim əlavə edib ki, bu gün təcili yardım maşınlarında gündəlik 200-ə yaxın dərman, sarğı materiallarından istifadə edilir. Bu da xəstələrə vaxtında və düzgün yardım göstərmək üçün önəmlidir.

O, həmçinin əlavə edib ki, bu gün stansiyanın avtoparkında xüsusi nəqliyyat vasitələri var ki, bunlar da birdəfəlik 6 xəstəni götürmək qabiliyyətinə malikdir: "Bu maşınlardan fövqəladə və xüsusi hallarda istifadə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR