Şeyxülislam: “Azərbaycanda dini ayrı-seçkilik yoxdur”

Şeyxülislam: “Azərbaycanda dini ayrı-seçkilik yoxdur”
# 26 aprel 2016 13:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi ölkədir”.


APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizm: önləyici tədbirlərlə bağlı çətinliklər” mövzusundakı sessiyada çıxışı zaman deyib.

A. Paşazadə bildirib ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, müsəlmanlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Azərbaycanda əsrlər boyu müxtəlif dini inancları olan insanlar sülh şəraitində yaşayıb, indi də belədir”.

A. Paşazadə qeyd edib ki, İslam adından siyasi məqsədlər üçün istifadə edilməyə cəhdlər göstərilir: “Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir. İslamofobiyanın qarşısının alınması ilə bağlı dövlət rəhbərlərinin gördüyü işlər təqdir olunmalıdır. Ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazimizdə soyqırımlar törədib, tarixi abidələrimizi dağıdıblar. Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər apara bilərik. Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR