Azərbaycanlı zəvvarların son qrupları da Həcdən qayıdıb

Azərbaycanlı zəvvarların son qrupları da Həcdən qayıdıb
# 22 sentyabr 2016 16:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycandan bu il Həccə gedən zəvvarların son qrupları da artıq Vətənə dönüb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarların gətirən sonuncu reys Səudiyyə vaxtı ilə 14:40-da havaya qalxıb və yaxın dəqiqələrdə Heydər Əliyev adına Hava Limanında eniş edib.

Bununla da Azərbaycandan bu il Həccə baş tutan ziyarət missiyası başa çatıb.

Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların Həccə səfəri başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gediblər. Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR