Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad rayonunda narkotik vasitə əkən şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Baloğlanovun 0,05 hektar sahədə aqrotexniki qaydada əkib-becərdiyi 16 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.