Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb

Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb
# 05 fevral 2016 07:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.

APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.

Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.

“Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, - deyə məlumatda vurğulanıb.

Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR