"CDB Bank" yeni əmanət kampaniyası keçirir

"CDB Bank" yeni əmanət kampaniyası keçirir
# 01 fevral 2016 10:30 (UTC +04:00)

Bakı - APA-Economics. Daim müştərilərini sevindirməyə çalışan "Caspian Development Bank" ("CDB Bank") "Pulunuz bizdə, həm də sizdə" devizi altında yeni əmanət kampaniyasına start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, fevralın 29-a kimi davam edəcək kampaniyanın özəlliyi ondan ibarətdir ki, burada hər bir müştəri qazanacaq. Minimum 100 manat, ABŞ dolları, avro məbləğində, 1-3-6-9-12 ay müddətinə kampaniya şərtlərinə uyğun yerləşdirilən əmanətlərə müxtəlif dəyərli hədiyyələr edilməsi də nəzərdə tutulur.

"Pulunuz bizdə, həm də sizdə" kampaniyası çərçivəsində əmanət faizləri müştərilərin istəyinə uyğun olaraq ödəniləcək. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər. Kampaniyanın əsas özəlliyi isə ondan ibarətdir ki, yerləşdirilən əmanətin 70%-i müştəriyə kredit kartı formasında geri qaytarılacaq. Bu həm də əmanətinizin təhlükəsizliyinə zəmanətdir.

Ətraflı məlumat üçün bura daxil ola http://www.cdbbank.az/upload/other/emanet_kampaniyasi.pdf və ya 1545 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

"Caspian Development Bank" - Etimada sədaqətlə!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR