Müsavatın başqan müavini: "Tural Abbaslı, nəhayət, istefa verdi"

Müsavatın başqan müavini: "Tural Abbaslı, nəhayət, istefa verdi"
# 05 may 2016 15:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Tural Abbaslı Müsavat Partiyasından çoxdan istefa verməli idi”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib.

O bildirib ki, T. Abbaslı partiya üzvü olmasına baxmayaraq, bütün fəaliyyətini Müsavata qarşı yönəldib: “Artıq istefasını rəsmiləşdiribsə, mən bu addımı alqışlayıram. İndiyədək istefa verməməyinə çox bəsit əsaslar gətirirdi, nəhayət, istefa verdi. Buna görə ona öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd T. Abbaslı istefasını partiyanın qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR