Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsi tarixi ilə bağlı test keçirilib

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsi tarixi ilə bağlı test keçirilib
# 23 aprel 2016 11:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiya Dövlət Duması yanında Gənclər parlamentinin “Böyük Vətən müharibəsi tarixi ilə bağlı Ümumrusiya testi” aksiyası çərçivəsində test keçirilib.

APA-nın məlumatına görə, testdən əvvəl keçirilmiş mərasimdə çıxış edən mərkəzin direktoru Valentin Denisov bu tədbirin 9 May - Qələbə günü münasibətilə təşkil olunduğunu bildirib. O, Rusiya Dövlət Duması yanında Gənclər parlamenti tərəfindən təşkil olunmuş bu testin Rusiya ilə yanaşı, dünyanın bir sıra ölkəsində, xüsusilə MDB ölkələrində keçirildiyini qeyd edib.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bəzi qonşu dövlətlərin Böyük Vətən müharibəsini yenidən yazmağa cəhd etdiyini bildirib.

O, Azərbaycanın müstəqillik tarixi boyunca belə cəhdlərin olmadığını, qələbənin ildönümünün Azərbaycanda hər il qeyd edildiyini bildirib.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu kimi tədbirlərin insanların Böyük Vətən müharibəsi barədə məlumat əldə etməsi baxımından önəmini qeyd edib. O, keçmişini öyrənməyənin gələcəyini də qura bilməyəcəyini vurğulayıb.

Daha sonra müxtəlif universitet və məktəblərdən olan gənclər üçün Böyük Vətən müharibəsi tarixinə dair test keçirilib.

Testdə tədbirin natiqləri da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR